Rusiyada futbol üzrə dünya çempionatı davam edir.
 
RePost.Az-ın məlumatına görə, çempionatın ikinci günündə A qrupunda yer alan Misir yığması ilə Uruqvay yığması üz-üzə gəliblər.
 
Oyunun 90-cı dəqiqəsində Uruqvay yığmasının müdafiəçisi X.M.Ximenes öz millisini hesabda irəli keçirib - 0:1.
 
Beləliklə, Uruqvay yığması bu qalibiyyətlə 3 xala nail olub və qrupda ikinci yerdə qərarlaşıb.
 
Xatırladaq ki, bi gün saat 19:00-da B qrupu üzrə Mərakeş - İran, saat 22:00-da isə Portuqaliya - İspaniya arasında oyunlar keçiriləcək.
Qeyd edək ki, iyulun 15-dək davam edəcək 21-ci mundialda 32 komanda 8 qrupda yarışacaq.
 
Oyunları Moskva (“Lujniki” və “Spartak” stadionları), Sankt-Peterburq (“Sankt-Peterburq”), Soçi ("Fişt"), Kazan (“Kazan Arena”), Kalininqrad (“Kalininqrad”), Nijni Novqorod (“Nijni Novqorod”), Volqoqrad (“Volqoqrad Arena”), Samara (“Samara Arena”), Saransk (“Mordoviya Arena”), Rostov-na-Don (“Rostov Arena”) və Yekaterinburq şəhərlərində (“Yekaterinburq Arena”) 12 stadionda keçiriləcək.
 
RePost.Az
 
İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.

Baxış sayı: 3599 | Tarix: 15.06.2018
Bizi Telegramda izləyin: @repostaz