Qazax rayonunda gənc qadın ermənilərin açdığı atəş nəticəsində yaralanıb.
 
RePost.Az APA TV-yə istinadən xəbər verir ki, rayonun Quşçu Ayrım kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva Güləna Aqif qızı ayağının topuq nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya çatdırılıb.
Ailə üzvləri onun erməni silahlılarının açdığı atəş nəticəsində yaralandığını bildirib. Onların sözlərinə görə, G.Ağamalıyeva təmas xəttinə yaxın ərazidə quzu otararkən ermənilər atəş açıb. Nəticədə 28 yaşlı qız xəsarət alıb.
 
RePost.Az


Baxış sayı: 2250 | Tarix: 16.06.2018
Bizi Telegramda izləyin: @repostaz