Rusiyada futbol üzrə Dünya Çempionatı davam edir.
 
RePost.Az-ın məlumatına görə, “H” qrupunun ikinci oyununda Seneqal və Polşa yığmaları qarşılaşıb. Oyun afrikalıların 1:2 hesablı qələbələri ilə yekunlaşıb.
 
Matçda hesabı polşalı müdafiəçi açıb. Öz qapısına avtoqolla fərqlənən Tiaqo Sionek Seneqalı hesabda irəli çıxarıb. Seneqallıların ikinci qolunu Polşa komandasının kobud səhvindən sonra 60-cı dəqiqədə Mbaye Nianq vurub.
 
Polşa komandası oyunda yeganə qolunu isə 86-cı dəqiqədə vurub. Qjeqoj Krıxovyak fərqlənib.
 
RePost.Az

Baxış sayı: 493