İranın paytaxtında milli valyutanın devalvasiyasına görə etiraz aksiyaları başlayıb.
 
RePost.Az-ın BBC-yə istinadən verdiyi məlumata görə, nümayişlər kiçik ticarət obyektlərinin sahiblərinin təşəbbüsü ilə keçirilir. Sosial şəbəkələrdə bir neçə etirazçının həbsi ilə bağlı məlumatlar yayılıb. Eiraz aksiyaları Kerec, Məşhəd, Bender-Abbas şəhərlərində və Keşm adasında da qeydə alınıb.
 
Son günlər İranın milli valyutası “qara bazar”da rekord həddə ucuzlaşıb və hazırda 1 dollar 90 min riala bərabərdir. Bazar ertəsi hökumət valyuta bazarında vəziyyətin normallaşdırılması üzrə tədbirlərin görülməsi üçün təcili müşavirə çağırıb.
 
2018-ci il aprelin 10-da İran Mərkəzi Bankı ölkədəki bütün valyutadəyişmə məntəqələrini bağlayıb. Buna səbəb kimi milli valıyutanın kursunun stabil saxlanılması göstərilib.
 
RePost.Az


Baxış sayı: 3238 | Tarix: 25.06.2018
Bizi Telegramda izləyin: @repostaz