Paytaxt sakinlərindən biri bankdan kredit götürüb. Müqaviləyə belə bənd əlavə edilib ki, gecikmə olarsa, aylıq maaşdan çıxılsın. Amma bank karta maaşdan əlavə yüklənən vəsaitdən növbəti ayın ödənişini də çıxır. Bu isə vətəndaşın narazılığına səbəb olub.

RePost.az xəbər verir ki, paytaxt sakini qəribə vəziyyətlə üzləşib. O, kartına maaşından əlavə yüklənən vəsaitin bank tərəfindən növbəti ayların ödənişləri üçün çıxarıldığını deyir.

Bu məsələ bank və müştəri arasındakı münasibətləri yenidən gündəmə gətirir. Hüquqşünas Asif Abdullayev deyir ki, bankın belə davranışı qaydalara ziddir.

Hüquqşünasın sözlərinə görə, banklar ödənişlə bağlı əməliyyatlar həyata keçirərkən mütləq müştəriyə məlumat verməlidirlər, tutulan məbləğ barədə ya kağız, ya da onlayn formada müştəri sənəd ilə təmin edilməlidir.

Müştərilər kredit müqaviləsi bağlayarkən şərtləri diqqətlə oxumalıdırlar ki, sonradan belə anlaşılmazlıqla üz-üzə qalmasınlar.

Xəzər TV mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Baxış sayı: 137