“Azəri star” yarışmasından sonra tanınan gənc müğənni Fidan Süleymanova qəza törədərək hadisə yerindən qaçıb.
 
Yenicag.az-ın əldə etdiyi məlumata görə, gecə şou-proqramda çıxış edən müğənni idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobili ilə “Volkswagen” markalı maşını vurub. Müğənni Səbail rayon polisi tərəfindən saxlanılıb. Hadisə yerindən yayındığına görə barəsində protokal tərtib olunub və cərimələnib.
 
Məsələ ilə bağlı müğənni ilə əlaqə saxladıq.
 
F.Süleymanova saytımıza açıqlamasında əsəbiləşib: “Dünya dağılmayıb ki, hər kəsin başına iş gələ bilər. Maşın vurmuşam, cəriməmi də yazıblar. Ödəyəcəm. Əsas odur ki, xəsarət alan yoxdur. Hər iki avtomobilə ziyan dəyib, xərcini çəkəcəm”.
 
Öyrəndik ki, hadisə müğənninin avtomobilini park etdiyi yerdə baş verib. O, həyəcanlı olduğu üçün əyləcin yerinə qaza basıb, daha sonra idarəetməni itirib. Sürətlə hərəkət edən avtomobil qarşıda olan maşına çırpılıb. Müğənni üç min manat ziyana düşüb.
 
BAKU.WS

Baxış sayı: 1315