Energetika nazirliyi və "Azərenerji"ASC birgə açıqlama yayıb.
 
Nazirlikdən RePost.Az-a verilən məlumata görə, ötən gün ölkənin elektrik enerjisi sistemində baş vermiş qəzanın nəticələri aradan qaldırılsa da, onun fəsadı səbəbindən axşam saatlarında bəzi yerlərdə elektrik enerjisi məhdudiyyətlə verilir.
 
Həyati vacib əhəmiyyətli obyektlər elektrik enerjisi ilə artıq təmin edilmişdir. Hazırda vəziyyət nəzarət altındadır və elektrik enerjisinin verilişi bərpa olunur.
 
Problemin tam həlli üçün zəruri tədbirlər davam etdirilir.
 
RePost.Az

Baxış sayı: 3504 | Tarix: 03.07.2018
Bizi Telegramda izləyin: @repostaz