Gəncənin icra başçısı Elmar Vəliyev silahlı hücuma məruz qalıb.
 
RePost.Az-ın məlumatına görə, hadisə Gəncədə univermağın qarşısında baş verib.
 
Nəticədə Elmar Vəliyevin mühafizəçisi həlak olub, özü isə güllə yarası alıb.
 
Yaralı icra başçısı Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
 
Elmar Vəliyevə Yunus adlı şəxsin atəş açdığı məlum olub. Əldə etdiyimiz məlumata görə, həmin şəxs artıq həbs edilib.
 
İcra başçısının yerləşdirildiyi Gəncə Mərkəzi Klinik Xəstəxanasından E. Vəliyevin vəziyyəti ilə bağlı açıqlama verməkdən imtina ediblər.
 
RePost.Az
 

Baxış sayı: 4302 | Tarix: 03.07.2018
Bizi Telegramda izləyin: @repostaz