Bu gün Bakı metrosu işləməyəcək.
 
Bu barədə RePost.Az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
 
B.Məmmədovun sözlərinə görə qatarların hərəkətini təmin etmək üçün elektrik enerjisinin verilişində dayanıqlıq olmadığından Bakı metropoliteni bu gün fəaliyyətini bərpa etməyəcək.
 
RePost.Az

Baxış sayı: 721