Fövqəladə Hallar Nazirliyi səhər saatlarında Mingəçevirdə "Azərbaycan İES"in ərazisində yanğın baş verməsi barədə məluma yayıb.
 
RePost.Az xəbər verir ki, yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb.
 
Digər transformatorlar yanğından mühafizə olunub. Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev-ə açıqlamasında bildirib ki, hadisə elektrik enerjisi paylayan şəbəkələrə təsir etməyib.
 
“Bu gün səhər saatlarında Mingəçevir şəhərində "Azərbaycan İES" MMC-nin ərazisində baş vermiş yanğın elektrik enerjisi paylayan şəbəkələrə təsir etməyib”.
 
RePost.Az


Baxış sayı: 724