Azərbaycan ordusunun davam edən genişmiqyaslı təlimlərinin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, bu mərhələdə qoşunlar şərti düşmənin bütün hədəflərini məhv edərək tapşırıqları uğurla icra ediblər.
 
Gecə vaxtı və məhdud görmə şəraitində keçirilən təlimlərdə iştirak edən motoatıcı, tank, raket-artilleriya, zenit-raket bölmələri, eləcə də aviasiya vasitələri döyüş atışlarını dəqiq və peşəkarlıqla yerinə yetiriblər.
 
RePost.Az

Baxış sayı: 3086 | Tarix: 05.07.2018
Bizi Telegramda izləyin: @repostaz