Qubada yerləşən “Quba Palace Hotel”ə (Əvvəlki adı Quba Rixos) məxsus olan kanat qırılıb.
 
RePost.Az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı  hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb. 
 
Bundan başqa, Quba sakinləri 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Hoteldən kanatın qırılması və insanların xəsarət alması xəbərini Oxu.Az-a təsdiqləsələr də, ölən və yaralananların sayı barədə fərqli məlumat açıqlanıb:
 
“Bu məsələdə günah hotelin deyil, kanat üçün hotelə gələn şirkətin günahıdır. Təhlükəsizliyə riayət edilməyib. Hazırda araşdırma aparılır. Daha sonra ətraflı məlumat veriləcək”, - deyə, bildirən hotel nümayəndəsi hadisə zamanı bir nəfərin öldüyü, bir nəfərin isə yaralandığını qeyd edib.
 
RePost.Az

Baxış sayı: 2402 | Tarix: 09.07.2018
Bizi Telegramda izləyin: @repostaz