Bakı-Qazax avtomobil yolunda ağır qəza baş verib, ölənlər var.
 
RePost.Az "report"a istinadən xəbər verir ki, Göygöl rayonunun Quşqara kəndi ərazisində 1988-ci il təvəllüdlü Aydınzadə Fuad Zabil oğlu idarə etdiyi "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yolayrıcındakı dəmir maneəyə çırpılıb.
 
Qəzaya uğrayan avtomobildə bir ailənin 7 üzvü olub. Hadisə Tərtər rayonundan Şəmkir rayonuna toy mərasiminə gedən zaman baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
 
Ölənlər:
 
Fuad Aydınzadə (1988),Bənövşə Aydınzadə (1963),Nuray Aydınzadə (7 aylıq).
 
Yaralılar:
 
Aydınzadə Nuranə (1995), Aydınzadə Nigar (1987), Aydınzadə Əli (2008), Aydınzadə Zəhra (2011).
 
Qəza zamanı bir qadın və bir uşaq ölüb. Bir kişi isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 2573 | Tarix: 10.07.2018
Bizi Telegramda izləyin: @repostaz