CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 80,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,92 dollar dollar/barel çoxdur. 
 
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 10-da 79,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,9 dollar/barel çoxdur.
 
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 10-da 75,82 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,76 dollar/barel çoxdur.
 
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 10-da 77,67 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,84 dollar/barel çoxdur.
 
RePost.Az

Baxış sayı: 3390 | Tarix: 11.07.2018
Bizi Telegramda izləyin: @repostaz