Qaradağ rayonunda ağır yol qəzası baş verib.
 
RePost.Az-ın xəbərinə görə, bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində yük maşını 149 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb. Bundan sonra avtobus aşıb.
 
Nəticədə bir nəfər ölüb, 17 nəfər xəsarət alıb.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov APA-ya bildirib ki, ölən şəxs qadındır. Qadın hadisə yerindəcə dünyasını dəyişib.
 
Ümumilikdə xəstəxanalara xəsarət alan 17 nəfər müraciət edib. Xəsarət alanlardan 8 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına yerləşdirilib. 
 
Xəsarət alanların vəziyyəti stabildir.
 
RePost.Az

Baxış sayı: 2592 | Tarix: 12.07.2018
Bizi Telegramda izləyin: @repostaz