ABŞ-da noyabrda keçiriləcək mid-term seçkilər öncəsi Tramp administrasiyası anbarlarında olan nefti mərhələli şəkildə bazara çıxararaq “qara qızılın” qiymətinə təsir etməyə çalışır.

RePost.Az “Bloomberg”' istinadən xəbər verir ki, test olaraq 5 milyon barelin, daha sonra 30 milyon barelin bazara çıxarılması müzakirə olunur. Hələlik konkret qərar qəbul edilməsə də hətta daha böyük həcmdə satışların olması istisna olunmur.

İqtisadçı ekspert Vüqar bayramov hesab edir ki, bu, neftn qiymətinə ciddi təsir edəcək.

"Dünya bazarında Texas markalı neftin bir bareli 68 dollara, Brent markalı neft isə 72 dollaradək ucuzlaşıb. ABŞ anbarların qapağını açacağı halda isə neft bazarında daha ciddi azalmalar proqnozlaşdırılır. Ağ Evdəki müzakirələr reallaşarsa o zaman yeni neft şokunun yaşanması qaçılmaz olacaq", - Vüqar Bayramov RePost.Az-a açıqlamasında deyib.

RePost.Az


Baxış sayı: 3333 | Tarix: 17.07.2018
Bizi Telegramda izləyin: @repostaz