Azərbaycanda maye qaz qıtlığı yaranıb. 
 
Bu barədə RePost.Az-a maye qazla avtomobil sürən sürücülər məlumat verib. Onların sözlərinə görə, 10 gündən çoxdur Yanacaq Doldurma Məntəqələrinə maye qaz verilmir. Yalnız Qaradağ rayonunda Gəmiqayırma zavadonun yaxınlığındakı YDM-ə qaz verilir. Orada isə uzun növbələr yarandığından sürücülər saatlarla vaxt itirirlər.
 
Səbəbini isə iyulun 3-də ölkədə yaranmış enerji böhranı ilə izah edirlər. YDM-lərdən  verilən məlumata görə, enerji böhranından sonra maye qaz istehsalında problemlər yarandığndan zavoddan qaz verilmir. Problemin  yaxın günlərdə həll olunacağı bildirilir. 
 
RePost.Az

Baxış sayı: 312 | Tarix: 19.07.2018
Bizi Telegramda izləyin: @repostaz