Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd planı hazırlayan şəxs məhv edilib.
 
RePost.Az xəbər verir ki, Yunis Səfərovla birlikdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyevə qarşı sui-qəsd planları hazırlamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahlı müqavimət göstərdiyinə görə məhv edilib.
 
Onun 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçməsi, mütəmadi olaraq İrana səfər etməsi də məlum olub.
 
RePost.Az 

Baxış sayı: 3200 | Tarix: 25.07.2018
Bizi Telegramda izləyin: @repostaz