Dünən axşam saat 20:35-də Tbilisidən Bakıya yola düşən sərnişin qatarı hələ də Bakıya çatmayıb.
 
RePost.Az-ın məlumatına görə, qatar təxminən 4 saatlıq gecikmə ilə hərəkət edir. Məlumata görə, Böyük Kəsik stansiyasında elektrik verilişində baş vermiş ayrılma səbəbindən qatar xeyli ləngiyib.
 
Azərbaycan Dəmir Yolları Qapalı Cəmiyyətindən Lent.az-a bildirilib ki, Tbilisi-Bakı qatarı saat 12:00-da mənzil başına çatacaq.
 
RePost.Az

Baxış sayı: 3846 | Tarix: 29.07.2018
Bizi Telegramda izləyin: @repostaz