Dünən “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında “Kukesi” komandası ilə qarşılaşıb. 
 
RePost.Az xəbər verir ki, qarşılaşma 3:0 hesabı ilə "Qarabağ"ın qələbəsilə yekunlaşıb. Təmsilçimiz rəqib qapısına verilən 3 penaltidən ikisindən yararlanıb. Dani Kintana 24 və 57-ci dəqiqədə penaltidən qol vurub. 
 
Ağdam təmsilçisinin üçüncü qolunu isə Con Delarj 89-cu dəqiqədə rəqib qapısından keçirib.
 
ÇL-in 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsinə keçirilən "Qarabağ" - "Kukesi" matçının videoicmalı təqdim edirik:
 
RePost.Az


Baxış sayı: 3105 | Tarix: 02.08.2018
Bizi Telegramda izləyin: @repostaz