Şou-biznes nümayəndələrinin həyatı sıravi vətəndaş üçün çox zaman maraqlı olub.

RePost.Az Baku.ws-ə istinadən xəbər verir ki, milli.az yerli məşhurların günlük xərclərini araşdırıb. Sorğu zamanı bir-birindən maraqlı cavabların bir neçəsini təqdim edirik:

İlk öncə "Bir gündə nə qədər pul xərcləyirsiniz?" sualını aparıcı, aktyor İlkin Həsəniyə ünvanladıq. İlkin Həsəninin bədxərc olduğunu düşünən oxucuların, aparıcının cavabına təəccüblənəcəkləri qətidir: "İki gündən bir 10 manat maşına benzin vururam. Təxminən 30-50 manat arası. 50-də yox, gündəlik 30-40 manat arası xərcim çıxır".

 

Tez-tez lüks avtomobilləri və bahalı nömrələri (qeydiyyat nişanı) ilə diqqət mərkəzinə düşən Kamil Zeynallının açıqlaması da çoxlarınız üçün gözlənilməz olacaq: "Gündəlik mənim elə də çox xərcim olmur. Səhər işimə gəlirəm. Axşama kimi işimdə oluram. Lazım olanda qırağa çıxıram. Şükür Allaha bəzi restoranlar mənə pulsuzdur, geyim mağazaları pulsuzdur. Çox yerlər mənə pulsuzdur. Çoxu da reklam xarakterlidir, ona görə. Bu dəqiqə onsuz da istidir. Ən çox "rasxodumuz" hara gedir?! Ən çox gedən yerimiz - dənizdir, ya benzinə gedir, ya da benzinə gedir. Hamı kimi bizim də eyni xərcimiz çıxır. Evimizə bazarlıq edib, uşağımıza xərcləyirik. Artıq nəyəsə pul xərcləmirəm. Durum gedim 1000-2000 manat köynəyə verim, yox. Bir həftəlik bazarlığımızı edirik, elə olur ki, bir həftə evə heç nə almırıq. Gündəlik evə çörək alıram ancaq. Məsələn, dünən, sırağagün heç bir xərcim olmayıb. Getdiyim çay evi pulsuz. Oturmuşam qəlyanımı çəkmişəm, çayımı içib çörəyimi yemişəm, kinoma baxmışam, durub evimə gəlmişəm". 

Rejissor Kənan M.M həftə sonları çox pul xərclədiyini deyib. Səbəbini belə izah edib: "O baxır həftənin gününə. 6-bazar biraz çox olur. Gün arası ona nisbətən az olur. Amma evli adamlar üçün təbii ki, bu dəyişir. Belə konkret rəqəm bilmirəm. Amma bilirəm ki, həftə sonları çox pul xərcləyirəm - 100-ü keçir".

Gənc və istedadlı müğənni Yaşar Yusub bədxərc olduğunu etiraf edib: "Gün olur ki, 20 manat xərcləyirsən, gün də olur ki, 300 manat xərcləyirsən. Elə də olur ki, heç pul xərcləmirsən. Evdə olursan, heç hara çıxmırsan. Amma özümə "bədxərc" deyə bilərəm. Bədxərcliyim çoxdur. Elə olur ki, "polnu bak" benzin vurdum, 70 manat getdi. Bu 4 gün bəs edir. Sonra, hansısa bir yoldaşla gedib, çay içirsən, yemək yeyirsən. Geyim alırsan, geyimin var, mahnı xərclərin var. Bir gün olur ki, doğrudan da 300-500 manat pul xərcləyirsən, bu da hər gün olmur ki. Amma gün də olur ki, xərcin çıxmır. Ya evdə olmuşam, ya idmana gedib gəlmişəm. Baxmışam ki, yüngülvari xərcim çıxdı. Deyirsən ki "Vau! Dünən o qədər xərc, bugün bu qədər xərc".

P.S. İndi çox oxucumuzun beynində "Bəs niyə qadın məşhurlara bu sualla müraciət etməyiblər?" fikri dolaşa bilər. Amma zəng etdik və nə qədər təəccüblü də olsa, eyni sözü eşitdik - "Bu suala cavab vermək istəmirik". 

RePost.Az 


Baxış sayı: 4150 | Tarix: 03.08.2018
Bizi Telegramda izləyin: @repostaz