Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanvarın 10-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı açıqlayıb.
 
AzVision.az Komitəyə istinadən xəbər verir ki, hərraca çıxarılan avtomobilləri arasında Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının nəzdində olan avtomobillər də var.
 
Qeyd olunub ki, buraxılış ili 2007-ci il olan “BMW 320” markalı dövlət nömrə nişanı 10 YP 568 olan avtomobili hərraca çıxarılıb. Avtomobilin ilkin qiyməti 5500 manatdır. 
 
Bundan başqa Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına daxil olan 2 “UAZ-3741”, “UAZ-31519”, “Nissan Sunny” və “QAZ-33073” də var.
 
RePost.Az

Baxış sayı: 2079 | Tarix: 05.01.2017
Bizi Telegramda izləyin: @repostaz