Bakının Fəzail Bayramov 11/56 ünvanındakı yeni tikili binada qəza baş verib.
 
RePost.Az xəbər verir ki, binanın 22-ci mərtəbəsində liftin trosu qırılaraq birinci mərtəbəyə çırpılıb. Hadisə yerindən bildirilir ki, bu zaman liftdə 5 İraq vətəndaşı və bir nəfər azərbaycanlı olub.
 
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb edilib. İnsident nəticəsində 2 ərəb xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır. 
 
Hazırda ərazidə polis işləyir.
 
RePost.Az


Baxış sayı: 2649 | Tarix: 03.09.2018
Bizi Telegramda izləyin: @repostaz