Naxçıvanda aviasiya bölmələri təlim-məşq uçuşları keçirib.
 
Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, uçuşlar zamanı SU-25 hücum təyyarələri və Mİ-35 atəş-dəstək helikopterləri ilə hava hücumundan müdafiə vasitələrinin təsirinin dəf edilməsi üçün ən aşağı hündürlükdə mürəkkəb pilotoji manevrlər yerinə yetirilib. 
 
Mİ-17 nəqliyyat-döyüş helikopterləri ilə gənc pilotların yüksək dağlıq ərazidə məhdud ölçülü meydançaya enmə vərdişləri təkmilləşdirilib.
 
RePost.Az

Baxış sayı: 2516 | Tarix: 03.09.2018
Bizi Telegramda izləyin: @repostaz