Yerli vaxtla saat 21:11-də Lənkəran stansiyasından 10 km qərbdə, Lənkəran ərazisində zəlzələ qeydə alınıb. 
 
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən RePost.Az-a verilən məlumata görə, zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. 
 
Yeraltı təkanların maqnitudası 3,7, dərinliyi 16 km olub.
 
RePost.Az

Baxış sayı: 2630 | Tarix: 05.09.2018
Bizi Telegramda izləyin: @repostaz