37 yaşlı iki uşaq anası avtobusda təcavüzə məruz qalıb
 
Türkiyənin paytaxtı Ankarada Azərbaycan və Türkiyə vətəndaşı olan bir qadın mindiyi ictimai nəqliyyat avtobusunun sürücüsü tərəfindən cinsi təcavüzə məruz qalıb. Təcavüzkar 37 yaşlı iki uşaq anasını elə avtobusun içərisində zorlayıb.
 
RePost.az-ın "CNN Türk"ə istinadən verdiyi xəbərə görə, hadisə Ankaranın Etimesqut bölgəsində baş verib. Xüsusi bir məktəbdə ingilis dili müəllimi işləyən qadın Atilla 530 saylı xətt marşrutuna minib. İki uşaq anası avtobus sürücüsü İbrahim Tuncaya "mən 200 metr irəlidə düşəcəm, minə bilərəmmi", - deyə soruşub. Sürücü isə razılıq bildirib. Ancaq sürücü çatdığı dayanacaqda düşmək istəyən qadını buraxmayıb.
 
Qapını açmayan İbrahim Tuncay "səni qayıdanda düşürəcəm" deyərək, iki əliylə qadının boğazından yapışıb və onu avtobusun oturacaqlarından birinə sürüyüb.
 
Həmin gecə başına gələnlər barədə 37 yaşlı qadın sonradan polisə məlumat verib. 
 
"Məni öldürməməsi üçün yalvardım. İşini bitirdikdən sonra məni buraxdı və yenidən görmək istədiyini deyərək nömrəmi istədi, ancaq vermədim. Avtobusdan düşərkənsə "polisə və ya birinə söyləsən səni taparam, təcavüz edərəm, boğazını kəsərəm" deyib hədələdi. Sonra ilk gördüyüm binaya girib polisə xəbər verdim", - öz ifadəsində qadın belə deyib.
 
Bundan sonra sürücü İbrahim Tuncay saxlanılaraq ifadəsi alınıb. Məlum olub ki, o, zorladığı qadının üzüyünü də əlindən alıb. Buna görə də ona qarşı "zorlama və oğurluq" iddiası ilə cinayət işi başlanılıb. Öz ifadəsində isə saxlanılan şəxs qadının könüllü olaraq ona "təslim" olduğunu iddia edib. Sürücünün iddiasına görə, iki uşaq anası olan qadın ona "ara küçələrə gir, qaranlıq bir yer tap, avtobusu dayandır və sonra yanıma gəl" deyib.
 
Hazırda iş üzrə araşdırmalar gedir. Polis İbrahim Tuncayın ifadəsinin özünümüdafiə xarakteri daşıdığı qənaətindədir.
 
RePost.az
 

Baxış sayı: 2706 | Tarix: 07.01.2017
Bizi Telegramda izləyin: @repostaz