"Dünya bəstəkarlar konvensiyası və müəllif hüququ agentlikləri, istənilən xalq mahnısının müəllifliyinə anonim yazmalıdır. Dostlar, mahnının müəllifinin adı bəlli deyilsə, müəllif qrafasına "Yunan xalq mahnısı, Çeçen xalq mahnısı" yazılmaz. "Anonim" yazılar".
 
RePost.az-ın məlumatına görə, bunu müğənni-bəstəkar Murad Arif öz Instagram hesabında yazıb. Tanınmış sənət adamı son günlər xüsusilə Türkiyə kanallarında Azərbaycan mahnılarına anonim yazılması məsələsinə aydınlıq gətirib. 
 
M.Arifin sözlərinə görə, hər hansı bir ölkədə öz müəllif agentliyi və ya bəstəkarlar ittifaqı kimi qurumları var ki, bu qurumlar dünya agentliklərində öz bəstəkar mahnılarını qeydiyyatdan keçirməlidir. "Əgər Türkiyənin tele-yarışmasında kimsə Tofiq Quliyev mahnısı oxuyursa, müəllif olaraq "Anonim" yazılırsa, bu yenə də bizim səhvimizdir. Türkiyədə keçərli olan hər hansı beynəlxalq müəllif agentliyində Tofiq Quliyev mahnılarını qeydiyyatdan keçirtməmişik. Əgər həmin ölkənin qeydiyyatından o mahnı keçibsə, efirdə müəllifin qeyd olunmaması səbəbiylə pallar tələb edilir. Digər tərəfdən, bizim dilimiz bu məsələdə ona görə qısadır ki, uzun illər bizim media orqanlarda, əcnəbi mahnılar da iznsiz vəqeydiyyatsız oxunur".
 
Müğənni bildirir ki, qaldırılan bu məsələyə görə "O Səs Türkiyə"dən azərbaycanlı iştirakçılar çıxardılıb: "Sözümün canı odur ki, səs-küydən öncə, bu qaydaları bilmək lazım idi. Çox təəsüf. O yarışma bu uşaqlar üçün real şans idi. Əgər, səbəb o məqalələr və süjetlərdirsə, indi biz o uşaqlara sahib çıxmalıyıq. Yaşasın qaydalar, anlayış və gözəl musiqi"! 
 
RePost.az
 
Baxış sayı: 21