Sosial şəbəkələrdə Lerik rayonunun Piran-Hamarat yolunda kiçik bir hissəsdə asfalt qatının dağıldığı əks olunan görüntü yayılıb. 
 
RePost.Az-ın məlumatına görə, videoda iddia olunur ki, yenicə təmir edilmiş Lerik rayonunun Piran-Hamarat yolunda büdcə talanır, yola asfaltı düzgün vurmayıblar, yol dağılır.
 
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli BAKU.WS-ə açıqlamasında məsələyə münasibət bildirib. AAYDA rəsmisi qeyd edib ki, yol hələ tam hazır deyil və istifadəyə verilməyib: 
 
"- 1-cisi həmin yolda təmir-tikinti işləri hələ bitməyib davam edir, yola müvəqqəti orta xətt çəkilib, 
- 2-cisi kadrlarda göstərilən asfalt örtüyün ilk layıdır. Hazırda yol boyu 2-ci lay asfaltın döşənməsi işləri aparılır və bu işlər yekunlaşmaq üzrədir. 
- 3-cüsü yolun bir-neçə ərazisində yolun kənarlarında müəyyən problemlər yaranıb və həmin ərazilər yenidən düzəldilib. Bu da ki, tikinti zamanı normal hal hesab olunur. 2-ci lay - hamarlayıcı layın döşənməsi ilə göstərilən "problem" tam olaraq aradan qaldırılmış olacaq. 
- 4-cüsü kadrlardan da göründüyü kimi yolun kənarları(çiyin hissələr) tam hazır deyil. 2-ci lay asfalt örtük döşənəndən sonra yolun kənarları bərkidiləcək.
 
Uzun sözün qısası yol tikintisi elə bir sahədir ki, hər kəsin gözü önündədir və nəyisə düzgün etməmək, gizlətmək qeyri-mümkündür. Özünü hər şeydən başı çıxan kimi göstərmək üçün nəsə çəkib paylaşmadan öncə, həmin paylaşımdan da özünə reytinq çıxarmaq üçün xəbər hazırlamaqdan öncə heç olmasa məsələnin nə yerdə olduğunu zəng edib dəqiqləşdirin. Mənə zəng etmək istəmirsiniz ən azından başı çıxan birindən soruşun".
 
RePost.Az


Baxış sayı: 255 | Tarix: 14.09.2018
Bizi Telegramda izləyin: @repostaz