Türkiyə Silahlı Qüvvələri Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100-cü ildönümü ilə bağlı Azərbaycanı təbrik edib. 
 
RePost.Az xəbər verir ki, TSK tarixi hadisə ilə bağlı xüsusi videoçarx hazırlayıb. 
 
Sözügedən videoçarxda Azərbaycan və Türkiyə ordularının əzəməti əks olunub.
 
Türkiyə Silahlı Qüvvələrinin rəsmi səhifələrində paylaşılan görüntülərlə birlikdə Bakının azad edilməsi ilə bağlı Azərbaycan xalqına təbrik də ünvanlanıb:
 
"Qafqas İslam Ordusunun Nuri Paşa komandalığı altında Bakıya girişinin (15 sentyabr 1918) 100-cü ildönümü mübarək olsun!"
 
RePost.Az


Baxış sayı: 3029 | Tarix: 15.09.2018
Bizi Telegramda izləyin: @repostaz