Bakı metrosunun "20 Yanvar" stansiyasının keçidlərindən biri bağlanıb. RePost.Az-ın məlumatına görə, sosial şəbəkədə stansiyanın "Azərsu" ASC istiqamətindəki çıxışının naməlum səbəbdən bağlandığı, əraziyə polis və FHN əməkdaşlarının cəlb olunduğu qeyd edilib. Sakinlər həmin yerdən içəri buraxılmır, girişin hansı səbəbdən bağlanması barədə heç bir məlumat verilməyib. "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Bəxtiyar Məmmədov AzVision.az-a bildirib ki, bağlanan keçid qurumun balansında deyil. ""Azərsu” tərəfdən olan keçiddə problem yarandığı üçün bağlanıb. Lakin stansiyaya digər girişlərin hamısı açıqdır və hərəkət normal qaydada davam edir. Qatarların hərəkətində də problem yoxdur”. RePost.Az

Baxış sayı: 2719