MDB dövlət başçılarının Düşənbədə keçirilən iclası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın ayaqüstü söhbəti olub.
 
RePost.Az-ın məlumatına görə, bu barədə “armenpress” saytı yazıb.
 
Məlumata görə, MDB dövlət başçıları görüşdən öncə ümumi foto çəkdirib. Bundan sonra Azərbaycan lideri ilə erməni baş nazir videokameralar qarşısında qısa söhbət edib.
 
Fotoda Paşinyanın Azərbaycan lideri qarşısında sıxıldığı aydın görünür. Bu detal Ermənistan mediasının da gözündən yayınmayıb. Erməni mediası Paşinyanı zəiflikdə və təcrübəsizlikdə günahlandırıb.
 
RePost.Az


Baxış sayı: 2896 | Tarix: 28.09.2018
Bizi Telegramda izləyin: @repostaz