Bakıda Qarabağ mitinqi keçirilib.
 
RePost.Az xəbər verir ki, mitinqə siyasətçilər, ictimaiət adamları ilə yanaşı "Qarabağ” futbol komandasının fanatlar da qatılıblar.
 
Mitinqdə çıxış edən QAT sədri Akif Nağı bildirib ki, dövlətin Qarabağın işğaldan azad olunması ilə bağlı qərarlarına dəstək verəcəklər.
 
"Təki Qarabağ işğaldan azad olunsun. Hədəfimiz beynəlxalq təçkilatlardır. Nə qədər ermənilərin arxasında dayanacaqsınız?!Bizim gücümüz xalqın iradəsidir!”
 
"Ya Qarabağ, ya ölüm”, "Qarabağa azadlıq” şüarları səsləndirilən mitinqə türk tələbələr də iştirak ediblər.
 
Mitinqdə çıxış edən İlham İsmayıl ATƏT-in Minsk qrupunda işğal olunmuş ərazilərdə məskunlaşmaya imkan verməməyi tələb edib.
 
RePost.Az

Baxış sayı: 3676