Sosial şəbəkələrdə Bakıda iki qızın saçyolduya çıxmasını əks etdirən video yayılıb.
 
RePost.Az-ın “Azxeber.com” saytına istinadən yaydığı məlumata görə, hadisə axşam saatlarında Nizami küçəsində qeydə alınıb. Qızlar oğlan üstündə dalaşdığı bildirilir.
 
Nizami küçəsində iki qızın əlbəyaxa davası polisin müdaxiləsi ilə nəticələnib.
 
Axşam saatlarında baş verən hadisəyə ilk olaraq ətrafdakı vətəndaşlar müdaxilə edib. Amma buna baxmayaraq, qızları ayırmaq mümkün olmayıb.
 
Polis əməkdaşlarının hadisəyə müdaxiləsinə də məhəl qoymayan qızlar əməllərinə davam ediblər.
 
Nəticədə polis onların hər ikisini saxlayaraq bölməyə aparıb. Bu zaman onlar polisə də çətin anlar yaşadıblar.
 
Hadisə şəhidlərinin sözlərinə görə, iki qız arasındakı insident oğlana görə olub.
 
Həmin görüntüləri təqdim edirik:
 
RePost.Az
 


Baxış sayı: 15604