Türkiyənin İstanbul şəhərinin Ataköy rayonundakı məscidin həyətində quraşdırılan çadırın damı çöküb.

RePost.Az xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Məlumata əsasən, üzərinə qar yığılan örtük ağırlıq nəticəsində çöküb. Həmin vaxt cənazə namazı qılınırmış.

Məscidin həyətinə təcili tibbi yardım maşınları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.


Baxış sayı: 293 | Tarix: 10.01.2017
Bizi Telegramda izləyin: @repostaz