Azərbaycanda zərərli informasiyaları dərsliklər yayır. Bunu saytlarda, qəzetlərdə yazılan məqalələr, ekspertlər deyir.
 
Oxu.Az xəbər verir ki, bu barədə deputat Aqil Abbas “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
 
Millət vəkili dərsliklərdə şagirdlərin yaşına uyğun olmayan materialların yer aldığını deyib:
 
“Məmmədhüseyn Təhmasib Sovet dövründə uydurma nağıllar öyrətdi uşaqlara. İndi də bu cür materiallar yer alır. Bizim redaksiyaya dünən bir valideyn gəlmişdi. İkinci sinif dərsliyində uşaqlara sual verilir ki, “Qarabağın qayıdacağına inanırsınızmı?” Uşaq “yox” cavabı verib, atası da onu vurub.
 
Üçüncü sinif dərsliyində erotika var, dərsliklərdə ləhcə var. Bəzi dərsliklər televizordan çox zərər verir. Bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdır. VII sinifdən sonra məktəblərdə heç kim yoxdur, hamı repetitor yanına gedir. Bu barədə danışmalıyıq. Sonra  deyirsiniz ki, rus sektoruna niyə uşaqlar qoyulur? Çünki burada belə şey yoxdur”.

Baxış sayı: 3010 | Tarix: 16.10.2018
Bizi Telegramda izləyin: @repostaz