13 oktyabrda İranda keçirilməsi nəzərdə tutulan "Qarabağ İslam bölgəsidir" adlı beynəlxalq konfrans ləğv edilib.
 
RePost.Az Femida.az-a istinadən xəbər verir ki, buna səbəb Ermənistan Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın cəhdləri olub. Belə ki, konfransın baş tutacağını öyrənən Ermənistan tərəfi İranın dövlət rəhbərliyi ilə dərhal təmasa keçib və narahatlığını ifadə edib. Bundan sonra İran rəhbərliyi konfransın ləğv ediləcəyi açıqlandı. Konfransda Rusiya, Gürcüstan və Livandan olan bəzi islam təşkilatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdu.
 
"Qarabağ İslam bölgəsidir" adlı konfransın məqsədi dünyadakı bütün azərbaycanlıları Qarabağın azad edilməsi üçün bir araya toplamaq, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həll prosesində İslam ölkələrinin iştirakını və dəstəyini almaq idi.
 
Görünür, İran İslam Respublikası olsa da, xristian dövlətin xahişini müsəlman birliyinin cəhdlərindən daha üstün tutub. Beləliklə, tarix boyu Ermənistanla yaxınlığını heç vaxt gizlətməyən İran bu dəfə də ənənəsinə sadiq qalıb.
 
RePost.Az

Baxış sayı: 12769