Daxili İşlər naziri Ramil Usubov polis rəisinin yerini dəyişib.
 
RePost.Az “unikal.org”a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən Rahib Mirzəyev Nəsimi rayon Polis İdarəsinin 20-ci bölməsinin rəisi təyin edilib.
Xəbəri Nəsimi rayon Polis İdarəsindən təsdiqləyiblər.
 
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşı olan Rahib Mirzəyev bu əmrə qədər Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin rəisi olub.
 
RePost.Az

Baxış sayı: 2744 | Tarix: 24.10.2018
Bizi Telegramda izləyin: @repostaz