Rusiyanın Sankt Peterburq şəhərində toyundan bir həftə sonra həyat yoldaşını qətlə yetirən azərbaycanlının məhkəməsi olub. İstiPress-in "Komsomolskaya Pravda"ya istinadla verdiyi məlumata görə, Samir Həbibova prokuror 14 il həbs cəzası istəyib. Mərhumun ailəsi S. Həbibova qarşı 10 milyon rubl dəyərində iddia da qaldırıb.
 
Samirin iddiasına görə, aprelin 22-də - toydan 1 həftə sonra o həyat yoldaşının telefonunda "WhatsApp" proqramını görüb. "Mən ondan proqramı silməsini istədim. Onun kiminləsə danışmasını istəmirdim. O, sildiyini dedi, amma aprelin 22-də mən anladım ki, Gülnar yalan danışıb. Bundan başqa mən onu telefonda alt paltarında olan fotolarını da gördüm". Bundan sora ittiham edilən şəxs hakimdən zaldakıları çıxarmasını xahiş edib və deyib ki, intim mövzulara toxunacaq. 
 
G.Həbibovanın yaxınlarının sözlərinə görə, qətlə ittiham edilən əri gənc qızı xəyanətdə ittiham edib. Guya ki, o kimin üçünsə şəkillər çəkdirib. Bunu biləndə Samir əsəbləşib və arvadını döyüb. Gəlinin yaxınları deyirlər ki, Samir onun hər addımına nəzarət edib. O, nəinki "WhatsApp"nı silib, hətta nişandan sonra bütün sosial şəbəkələrdəki profillərini bağlayıb, rəfiqələri ilə görüşməyib. 
 
Tibbi ekspertizanın məlumatına görə, S.Həbibov həyat yoldaşını yarım saata yaxın döyüb, onun bədənində 32 zədə izi aşkarlanıb. 
 
Samir ifadəsində deyib ki, özünə gələndən sonra həyat yoldaşına kömək etmək istəyib. Hakimin nə üçün təcili yardım çağırmadın? sualına cavabı isə belə olub: "Yadımda deyil, bilmirəm".
 
34 yaşlı Samir gənc həyat yoldaşı Gülnar Həbibovanı ötən ilin aprel ayında qətlə yetirib. İlk məlumatda 24 yaşlı tələbə gəlinin itkin düşdüyü bildirilirdi. Ancaq may ayının 25-də onun həyat yoldaşı qətldə şübhəli bilinərək saxlanılıb. Bundan sonra gənc qadının öldürülərək badırıldığı yeri müəyyən etmək mümkün olub. S. Həbibov ev dustaqlığına buraxılıb. Məlumatagörə, o meyiti qardaşı ilə birlikdə evdən çıxararaq şəhər kənarına aparıb və meşə ərazisində basdırıb. 
 
Məhkəmə yanvarın 19-da S. Həbibova hökm oxuyacaq.
 

 

 


Baxış sayı: 3656 | Tarix: 11.01.2017
Bizi Telegramda izləyin: @repostaz