Müğənni Natavan Həbibinin həyat yoldaşı Dado (Səid Əliyev) ilə paylaşımı müzakirələrə səbəb olub.
 
RePost.Az xəbər verir ki, buna reperin ad gününü təbrik edən Natavanın paylaşımına “Günün mübarək, biz səni təbrik edirik” yazması səbəb olub.
 
Belə ki, izləyicilər Natavanın “biz” yazmasını onun hamilə olması ilə əlaqələndiriblər.
 
Bu şərhdən sonra müğənnilər Niyam Salami, Murad Arif və digər izləyicilər müğənniyə təbrik yazıb.
 
Müğənni Xuraman Şuşalı da Dadonu təbrik edərək “Nata, səni sevirəm. Şad xəbər olasan, inşallah”, - deyə şərhini bildirib.
 
Natavan isə iddialara cavab verməyib.
 
Qeyd edək ki, cütlük ötən ilin iyul ayında evlənib. Dekabr ayında isə ayrıldıqlarını açıqlayıblar.
 
Daha sonra fevral ayında Natavan “Zaurla Günaydın” proqramında ayrıldıqlarını bildirsə də, avqust ayında yenidən barışdıqları ortaya çıxıb.
 
RePost.Az

Baxış sayı: 3143 | Tarix: 26.10.2018
Bizi Telegramda izləyin: @repostaz