"Öncədən proqnozlaşdırığımız kimi, Brent markalı neftiin bir bareli hazırda 70 dollarlıq psixoloji həddindən aşağı təklif edir. Birjalarda qara qızılın hər barelinə 69.40 dollar ödənilir. Şist neftinin hasilatının artıran ABŞ gündəlik 12 milyon bareldən çox hasilat ilə dünyada ən çox neft istehsal edən ölkəyə çevrilib".
 
RePost.Az-ın məlumatına görə, bu barədə iqtisadçı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, ABŞ-ın növbəti 6 ayda İran neftinin ixracatına tətbiq edilən sanksiyalarda 8 ölkəyə yaşıl işıq yandırması neft bazarında qiymətlərə birbaşa təsir göstərdi.
 
Mütəxəssis bildirir ki, ABŞ prezidenti bu addımı neftin dünya bazar qiymətindəki potensial artımların qarşısının alınması üçün etdiyini bildirib:
 
"Nümayəndələr Palatasında üstünlük əldə edən demokratlar da yüksək neft qiymətlərində heç zaman maraqlı olmayıblar. Bu arada analtik Jim Cramer CNBC kanalına müsahibəsində Texas markalı neftin hər barelinin qiymətinin 40, Brent markalı qara qızılın qiymətinin 50 dollaradək düşə biləcəyini deyib. Rusiya ilə yanaşı bir sıra digər ölkələrdə də neft hasilatının artması müşahidə edilir.
 
Çin birjası isə bahalı neft siyasətinə artıq reaksiyasını göstərib. Bütün bunlar ondan xəbər verir ki, artıq neft ölkələri üçün bum dövrü geridə qalıb. Parisdə yerləşən Beynəlxalq Enerji Akademiyasının rəhbəri yeni şoklardan yayınmaq üçün neft ölkələrini qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırmağa çağırıb".
 
V.Bayramovun fikrincə, elektrik avtomobillərinin qlobal bazarda möhkəmlənməsi faktı nəzərə alınmaqla bu gün dünya neft bazarındakı dəyişikliklər məhz yüksək neft qiymətlərində qlobal güclərin maraqları olmadığından xəbər verir:
 
"Səudiyyə Ərəbistanın neft hasilatının azaldılması ilə bağlı çağrışı da hətta tərəfdaşları tərəfindən də tam dəstək qazana bilmir. Hər hansı ciddi siyasi faktorlar olmaza, o zaman 2019-cu ildə də yüksək neft qiymətləri sadəcə istək olacaq. Bu isə o deməkdir ki, neft ölkələrində yaxın gələcəkdə potensial xarici şokları yalnız qeyri-neft sektorunun inkişafı balanslaşdıra bilər".
 
RePost.Az

Baxış sayı: 3086 | Tarix: 13.11.2018
Bizi Telegramda izləyin: @repostaz