Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünün təəssüratları barədə danışıb.
 
RePost.Az-ın məlumatına görə, V.Solovyov Prezident İlham Əliyevin Rusiya və Azərbaycan mətbuatında baş verənləri çox ətraflı anlamasının şahidi olduğunu bildirib.
 
Onun sözlərinə görə, Prezident İlham Əliyev söhbət zamanı dünyanın müxtəlif ölkələrindən, o cümlədən Rusiyadan bir çox jurnalistlərin soyadlarını çəkib:
 
"Hiss edirdim ki, o, gün ərzində mətbuatı şəxsən izləyir. İş burasındadır ki, o, Qərb mediasını ingilis, bizimkini rus, Türkiyə mətbuatını isə türk dilində izləyir. Məhz dil bilikləri sayəsində onun bu cür materiallarla problemi olmur”.
 
İttifaq sədri onu da əlavə edib ki, Azərbaycan və Rusiya prezidentlərinin xarakterində bir çox oxşar cəhətlər var: "Onlar inanılmaz siyasi üfüqə sahibdirlər. Çətin ki, digər prezidentlər onlarla müqayisə olunsun”.
 
RePost.Az

Baxış sayı: 565