Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artılıb.
 
RePost.Az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində bu bənd də təsdiqlənib.
 
Beləliklə, 2019-cu ildən ölkəyə gətirilən minik avtomobilləri üzrə gömrükdə alınan aksiz rüsumu qalxıb. Bu isə o deməkdir ki, avtomobillərin qiymətində bahalaşma gözləniləndir.  
 
Beləliklə: 
 
mühərrikin həcmi 2 000 kubsantimetrədək olduqda: mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,30 manat (hazırda 0, 20 manat), 
 
mühərrikin həcmi 3 000 kubsantimetrədək olduqda: 600 manat (hazırda 400 manat) + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə –5 manat (hazırda 3 manat) 
 
mühərrikin həcmi 4 000kubsantimetrədək olduqda: 5 600 manat (hazırda 3 400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat (hazırda 8 manat) 
 
mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda: 18 600 manat (hazırda 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə –35 manat (hazırda 20 manat) 
 
mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda: 53 600 manat (hazırda 31 400 manat) + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə –70 manat (hazırda 40 manat) aksiz dərəcəsi tətbiq olunacaq.
 
Ekspert Ramil Osmanlının Oxu.Az-a açıqlamasına görə, aksizin qalxması avtomobilin son qiymətinə birbaşa təsir edir.
 
Ona görə də gələn ildən avtomobil bazarında bahalaşmanın şahidi olacağıq. 
 
“Hesab edirəm ki, bu, düzgün qərar deyil. Avtomobilləşmənin qarşısının inzibati metodlarla alınması Azərbaycanda nəqliyyat və tıxac problemini həll etməyəcək. Onsuz da ölkəmiz adambaşına düşən avtomobilləşmənin səviyyəsinə görə keçmiş sovet ölkələri arasında sonuncu yerdədir, bu bahalaşma isə onun səviyyəsinə daha da mənfi təsir edəcək”.
 
Aksiz vergisinin qalxmasının yerli istehsalın artmasına hesablanan bir addım olmasına gəlincə, ekspert hesab edir ki, Neftçaladakı avtomobil zavodu Azərbaycanın avtomobilə olan tələbatının yalnız 5 faizini qarşılamaq imkanına malikdir. Ona görə də bu yanaşma yerli istehsalın stimullaşdırılması kimi qəbul edilməməlidir. 
 
Vergi Məcəlləsinə dəyişiklik layihəsinə əsasən Azərbaycana idxal olunan avtobuslar da aksiz vergisinə cəlb ediləcək. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən 190.4.1-1-ci əlavəyə əsasən mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə 2 manat aksiz dərəcəsi müəyyənləşdirilib.
 
Mühərrikin həcmi 6 000 kubsantimetrədək olduqda 8 000 manat və əlavə olaraq mühərrikin həcminin 4 001-6 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 4 manat aksiz dərəcəsi müəyyənləşdirilib.
 
Mühərrikin həcmi 8 000 kubsantimetrədək olduqda 16 000 manat və əlavə olaraq mühərrikin həcminin 6 001- 8 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 6 manat aksiz dərəcəsi müəyyənləşdirilib.
 
Mühərrikin həcmi 10 000 kubsantimetrdək olduqda 28 000 manat və əlavə olaraq mühərrikin həcminin 8 001- 10 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi müəyyənləşdirilib.
 
Mühərrikin həcmi 10 000 kubsantimetrdən çox olduqda 44 000 manat və əlavə olaraq mühərrikin həcminin 10 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 10 manat aksiz dərəcəsi müəyyənləşdirilib.
 
Məcəlləyə əlavə edilən 190.4.1-2-ci maddəyə əsasən ölkəyə idxal olunan avtobusların istehsal tarixi 1 ildən artıq və ya qət etdiyi məsafə 100 000 kilometrdən artıq olduqda, aksiz bu Məcəllənin 190.4.1-1-ci maddəsinə əsasən hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.
 
RePost.Az
 

Baxış sayı: 3371 | Tarix: 30.11.2018
Bizi Telegramda izləyin: @repostaz