Dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın həmcinsi ilə fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 
 
RePost.Az xəbər verir ki, Fəridənin Aysel adlı xanımla səmimi fotoları birmənalı qarşılanmayıb. Hətta onun paylaşıma yazdığı "Həyatın hər bir dəqiqəsini sevin" şərhi izləyicilər arasında suallar doğurub. Onlar Fəridənin həmcinsi ilə nişanlandığını iddia ediblər. 
 
Məsələni dəqiqləşdirmək üçün qafqazinfo F.Əzizova ilə əlaqə saxlayıb. O, belə bir şeyin olmadığını, rəfiqəsinin ad gününü təbrik etdiyini bildirib. 
 
Bu arada qeyd edək ki, xanım taeкvondoçu daha sonra şəklə yazdığı şərhə dəyişiklik edərək "Ad günün mübarək" sözlərini əlavə edib. O, həmçinin nişanla bağlı rəylərin hamısını silib.
 
RePost.Az

Baxış sayı: 1564