İkinci dünya müharibəsinin başa çatmasından bəri dünya iri nəhənglər arasında açıq hərbi toqquşmadan yayına bilib, amma son vaxtlar beynəlxalq situasiyanın getdikvə kəskinləşməsi yeni qlobal müharibə təhlükəsini artırıb.
 
Virtualaz.org xəbər verir ki, bu barədə “The National İnterest” jurnalında dərc edilmiş məqaləsində ABŞ Ordu Kollecinin professoru Robert Farli yazır. Məqalədə 2019-cu ildə Üçüncü dünya müharibəsinin başlaya biləcəyi beş yer göstərilir ki, onlardan da biri Azərbaycandır.
 
Robert Farli hesab edir ki, super dövlətlər arasında münaqişənin alovlanacağı ən “qaynar” regionlar Cənubi Çin dənizi, Ukrayna, Fars körfəzi və Koreya yarımadasıdır.
 
Professora görə Cənubi Çin dənizində ABŞ-la Çin arasında ticarət qarşıdurması aydın sezilir. Hazırda qarşıdurma iqtisadi müstəvidə, qarşılıqlı sanksiyaların və tariflərin tətbiq edilməsi aparılır, amma Vaşinqtonla Pekin arasında münasibətlər daha da kəskinləşsə münaqişə yeni müstəviyə keçə bilər.
 
Farlinin fikrincə Üçüncü dünya müharibəsinin başlaya biləcəyi ikinci ən çox ehtimal olunan yer Ukraynadır. Üçüncü belə “qaynar nöqtə” isə Fars körfəzidir. Burada gərginlik artır, ABŞ İrana təyzyiq göstərir, habelə Yəmən və Suriyada münaqişələr davam edir. Robert Farli hesab edir ki, Fars körfəzində istənilən insident ABŞ-la Rusiya arasında ola bilsin Çinin də cəlb olunduğu açıq qarşıdurmaya gətirib çıxara bilər.
 
Professor Koreya yarımadasınn da ABŞ-la Şimali Koreya arasında münasibətlərə görə gərginlik ocağı kimi qaldığını qeyd edir.
 
“Daha az kritik münaqişələr o qədər də çox diqqət cəlb eləmir, bu isə o deməkdir ki, zamanla onlar kimlərinsə diqqətini cəlb edənə qədər ciddi münaqişə zonalarına çevrilə bilərlər. Dağıdıcı münaqişə Baltikyanı regionda, Azərbaycanda, Kəşmirdə, hətta Venesuelada meydana çıxa bilər...əgər Üçüncü dünya müharibəsi başlasa o, tamamilə gözlənilməz istiqamətdən də başlaya bilər”-Robert Farli Dağlıq Qarabağ münaqişəsini də nəzərdə tutaraq yazır.
 
RePost.Az

Baxış sayı: 3219 | Tarix: 24.12.2018
Bizi Telegramda izləyin: @repostaz