Bakıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş əməkdaşı Fariz Vahabovun qətlində şübhəlilərdən biri saxlanılıb.
 
RePost.Az xəbər verir ki, bu haqda virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.
 
Saxlanılmanın detalları, eləcə də saxlanılanın kimliyi barədə məlumat verilmir.
 
Bununla belə, məlum olub ki, qətlin motivi, daha əvvəl bildirildiyi kimi, biznes maraqlarının toqquşması yox, qısqanclıq olub.
 
Xatırladaq ki, cinayət 20 dekabrda F.Vahabovun yaşadığı evin həyətində baş verib. Saat 19:26-da F.Vahabov öz maşınını park edərkən, naməlum şəxs ona bir neçə dəfə atəş açıb.
 
Xüsusi xidmət orqanının üzündən və sinəsindən iki güllə yarası alan keçmiş əməkdaşı hadisə yerində dünyasını dəyişib.
 
RePost.Az

Baxış sayı: 2545