Bakı şəhərində "99 YP 525” nömrəli, döş nişanı 0388 olan DYP əməkdaşı Şükür adlı şəxs tərəfindən qeyri-adi "cərimə” tətbiq olunub.
 
İslahat.az-ın redaksiyasına daxil olan məlumatda deyilir ki, 16 dekabr 2018-ci il, 23:00 radələrində"99 MM 255” dövlət nişanlı "Kia Optima” avtomobili Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən Xarı Bülbül restoranının qarşısından Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Ənvər Əlixanov 65 ünvanına "ayıq sürücü” xidmətindən istifadə edərək gəlib. Ev ünvanına çatdıqdan sonra "99 YP 525” nömrəli, döş nişanı 0388 olan DYP əməkdaşı Şükür (Heç bir sənəd təqdim etməyib.) adlı şəxs avtomobilini mənzilin həyətində saxlayaraq avtomobilin ayıq sürücü tərəfindən deyil, avtomobilin sahibi tərəfindən idarə edildiyini iddia edərək, avtomobili cərimə meydançasına aparıb. Həmçinin, Bəkir Çobanzadə küçəsindən ev ünvanına qədər "99 YP 525” nömrəli DYP avtomobili tərəfindən "99 MM 255” dövlət nişanlı avtomobil izlənilib. Daha sonra DYP əməkdaşı Şükür adlı şəxs "99 MM 255” dövlət nişanlı avtomobil sürücüsü F.Nəsirova Respublika DYP-sində 14 nömrəli otaqda Xeyrulla müəllimə yaxınlaşmasını təklif edib. Sürücü F.Nəsirov Xeyrulla müəllimin qəbulunda olarkən, ona deyilib ki, sürücülük vəsiqəsi geri qaytarılmır, yaranmış məsələ aydınlaşdırılıb, xəbər veriləcək. Heç bir protokol təqdim olunmayıb. Cərimə meydançasına aparılan avtomobil isə yaranmış qeyri-adi "cərimə” izah olunandan sonra hadisədən bir gün keçməmiş sahibinə təhvil verilib.
 
"99 MM 255” dövlət nişanlı avtomobilin sürücüsü F.Nəsirova deyilib ki, Respublika DYP-si onunla bağlı məhkəməyə şikayət edəcək. Hansı səbəblə belə bir iddianın veriləcəyi ilə bağlı heç bir sənəd təqdim olunmayıb. Yaranmış qeyri-adi "cərimə” öz həllini tapmayıb. Yəni, sürücünün sənədi geri qaytarılmayıb. Ortada heç bir məhkəmə üçün iddia sənədi yoxdur. Məsələnin həlli istiqamətində heç bir addım atılmır.
 
Yaranmış qeyri-adi "cərimə” üçün ayıq sürücünün hərəkət istiqaməti, həqiqətən də "99 MM 255” dövlət nişanlı avtomobili idarə etməsi faktlarını fotolarla təqdim edirik.
 
RePost.Az

Baxış sayı: 2284