“Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürov barəsində araşdırmalar davam etdirilir”.
 
RePost.Az “report”a istinadən xəbər verir ki, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2018-ci ildə görülən işlərə dair mətbuat konfransında deyib.
 
O qeyd edib ki, həmin qurumda Maliyyə Nazirliyi də yoxlamalar aparır: “Biz buna ehtiyac hiss etdik. Hazırda araşdırmalar davam etdirilir”.
 
Xatırladaq ki, Q.Şükürov ötən ilin oktyabrında vəzifəsindən azad edilib. Barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə),
 
193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
 
RePost.Az

Baxış sayı: 2440 | Tarix: 15.01.2019
Bizi Telegramda izləyin: @repostaz