Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək.
 
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0-2, gündüz 4-6 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında yanvarın 18-də havanın bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-4 dərəcə şaxta təşkil edəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
 
RePost.Az

Baxış sayı: 2155 | Tarix: 17.01.2019
Bizi Telegramda izləyin: @repostaz