Bu gün saat 00:30 radələrində Sabirabad rayonunun Qaragüney kəndində bıçaqlanma hadisəsi baş verib.
 
RePost.Az "report”a istinadən xəbər verir ki, 1957-ci il təvəllüdlü yerli sakinlər - Məmmədov Tofiq Heybət oğlu və onun 1968-ci il təvəllüdlü qardaşı Məmmədov Rafiq Heybət oğlu bıçaq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
 
Hər iki qardaş bədənlərinin müxtəlif yerlərindən çoxsaylı kəsilmiş-deşilmiş yaralarla əməliyyat olunublar.
 
Hadisənin digər iştirakçıları - Qaragüney kənd sakinləri, 1950-ci il təvəllüdlü Abbasov Eldar Abbas oğlu və 1983-cü il təvəllüdlü Nağıyev Sənan Sabir oğlu da müxtəlif bədən xəsarətləri ilə xəstəxananın Travmatologiya şöbəsinə yerləşdiriliblər. Davaya qadının keçmiş ərinə qoşularaq qaçması səbəb olub.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 3295 | Tarix: 17.01.2019
Bizi Telegramda izləyin: @repostaz