Daxili işlər Nairliyi (DİN) Bərdədə qətlə yetirilən 14 yaşlı oğlanın qətli ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, yanvarın 14-də Bərdə rayonunun Mollagüllər kəndi ərazisində Kəlbəcər rayon sakini, 14 yaşlı Həsrət Mirzəməmmədov döymə xarakterli xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb.
 

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Tapdıq Mustafalı tutulub.


Baxış sayı: 2801 | Tarix: 16.01.2017
Bizi Telegramda izləyin: @repostaz